01.02.2019 14:54
HORİZON 2020 üzrə seminar

01 fevral 2019-cu il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (H.Cavid pr. 129, IV mərtəbə), böyük zalda saat 10:00-da (qeydiyyat 09:30)  HORİZON 2020 proqramı üzrə Seminar keçiriləcək.

Seminarda 1) Hüquqi və Maliyyə Aspektləri, 2) İqlim fəaliyyəti, resurs səmərəliliyi və xammal, 3) Ağıllı, yaşıl və inteqrasiya olunmuş nəqliyyat, 4) Ərzaq təhlükəsizliyi, davamlı kənd təsərrüfatı, dəniz və dəniz tədqiqatları, bioekonomika və biotexnologiya, 5) Avropa Tədqiqat Şurası, 6) Mari Skladovskaya Küri Təqaüd Proqramı üzrə Milli Əlaqələndirici Şəxslərin (NCP) təqdimatı (Proqram) nəzərdə tutulur.

Tədbirə Biologiya və Tibb Elmləri, Yer Elmləri bölmələrinə aid olan elmi müəssisələrin alim və mütəxəssisləri dəvət olunur.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020