12.02.2019 09:48
Clarivate Analytics (Thomson Reuters) şirkətinin Humanitar Elmlər Bölməsinin İnstitutları üçün növbəti seminarı

Clarivate Analytics (Thomson Reuters) şirkətinin elmi informasiya resursları üzrə eksperti lingvistika üzrə fəlsəfə doktoru Lera Kurmakaeva tərəfindən "Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyyələr" adlı seminarın keçirilməsi nəzərdə tutulur.

 Rus dilində keçiriləcək seminar "Web of Science" platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdim edilmə qaydaları, seçim meyarları və digər praktiki məsələləri əhatə edəcək.

Tədbirə Ədəbiyyat İnstitutunun, Dilçilik İnstitutunun, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin və Hüseyn Cavidin Ev Muzeyinin alim və mütəxəssisləri dəvət olunur.

 Tarix:            12 fevral 2019-cu il, saat 15:00, Qeydiyyat: 14.30

Ünvan:           AMEA-nın Əsas binası (H.Cavid pr. 115, II mərtəbə), kiçik zal

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019