21.05.2018 09:58
AMEA və Fransanın Monpelye Universiteti birgə doktorantura proqramı elan edir

Azərbaycan Milli Elmlər Akademiyası və Fransanın Monpelye Universiteti arasında imzalanmış Əməkdaşlıq haqqında Çərçivə Sazişi əsasında birgə doktorantura proqramı elan olunur.

Namizədlər eyni zamanda həm AMEA, həm də Monpelye Universitetinin doktorantı kimi qeydiyyatdan keçiriləcək və hər iki təşkilatdan elmi rəhbərlə təmin ediləcək. Proqramın şərtlərinə görə, doktorantlar təhsil müddətinin 2 ilini Monpelye Universitetində və 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görüləcəklər.

Sənədlər 5 iyun 2018-ci il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə təqdim edilməlidir. Təqdim ediləcək sənədlər haqqında ətraflı məlumat və ərizə formaları üçün Beynəlxalq əlaqələr idarəsinə (Bünyamin Seyidov) müraciət olunmalıdır.

Tel.: (+994 12) 497 53 38;

Mob.: (+994 50) 660 06 00;

Email: bunyamin.seyidov@science.az

Müsabiqə üçün elan edilən mövzuların siyahısı.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019