14.05.2020 12:09
Avropa Komissiyasının Horizon 2020 Proqramı çərçivəsində COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) üzrə vebinar keçiriləcək

16 may 2020-ci il tarixində saat 12.00-da Avropa Komissiyasının Horizon 2020 Proqramı çərçivəsində COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) üzrə vebinarın keçirilməsi planlaşdırılır. Vebinar COST proqramı üzrə milli əlaqələndirici şəxs, Azərbaycan Milli Antidopinq Agentliyinin Elm şöbəsinin müdiri İlham Hümbətov tərəfindən AMEA Beynəlxalq Əməkdaşlıq facebook səhifəsi üzərindən həyata keçiriləcək və COST layihələrinə qoşulmaq üzrə təlimatlar veriləcək.

İştirak etmək istəyənlər 14 may 2020-ci il tarixi saat 23.00-a qədər https://docs.google.com/forms/d/e/1FAIpQLSfh3pSMdlYf3_bZeLgYzITLoP8fqOAbskNKrHOORU6T_VauBg/viewform qeydiyyatdan keçməlidirlər.

Vebinara qoşulmaq üçün link iştirakçıların email ünvanlarına göndəriləcək.

Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinə müraciət edilə bilər.

Əlaqə: Tel.: (99412) 4923446; (+99450) 2272001; (+99450) 3501425

             Email: ilham.humbatov@amada.az; khasayeva.ayten@gmail.com

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020