19.08.2022 12:16
İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi beynəlxalq müsabiqə elan edir

İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi (XİBƏN) elm və texnologiyanın inkişafına böyük töhfə vermiş, tədqiqatını aşağıdakı regionlardan birində həyata keçirən tanınmış gənc qadın alimi təqdir etmək üçün "Elm, Qadın deyir! Mükafatı”nı təsis etməyi nəzərdə tutur:

- Afrika və Yaxın Şərq

- Asiya və Sakit Okean

- Avropa

- Mərkəzi və Cənubi Amerika və Karib dənizi

- Şimali Amerika

Hər regiondan bir namizəd seçiləcək və müəyyənləşdirici faktor namizədliyi təqdim ediləcək ölkədə ən azı son 4 ildə iş fəaliyyətinin olmasıdır.

Təqdim olunacaq mükafatın ilk buraxılışı 2022-ci ilin oktyabr ayında Padua şəhərində keçiriləcək İtaliya Elmi Attaşelər Konfransı zamanı baş tutacaqdır. Elm və texnologiyanın bütün sahələri nəzərə alınacaqdır. Mükafat medal və İtaliya XİBƏN-in diplomundan ibarət olacaqdır.

Kimlər müraciət edə bilər

-“Elm, Qadın deyir! Mükafatı” yuxarıda qeyd olunan regionların birində elm və texnologiyanın istənilən sahəsində ikitərəfli elmi əməkdaşlığın inkişafına töhfə vermiş məşhur qadın alimə verilir.

- Mükafata namizəd ən azı 1 yanvar 2018-ci ildən etibarən təqdim edildiyi ölkənin sakini olmalıdır.

- Namizəd həmin ölkənin Elmlər Akademiyası, universiteti, təqqiqat insitutu və ya dövlətin Elm və Texnologiya Departamentində aparıcı vəzifə tutan görkəmli alim tərəfindən təqdim edilməlidir. Namizəd özü və ya yaxın ailə üzvləri tərəfindən təqdim edilə bilməz. Qrup şəklində nominasiya mümkün deyil.

Uyğun namizədlər:

- Universitet və ya tədqiqat insitututlarının rəhbərləri

- Elmlər Akademiyasının üzvləri (əməkdaşları)

- Tədqiqat kafedralarının rəhbərləri

- Professorlar

Namizəd mükəmməl akademik və/və ya elmi karyerası olan və tədqiqat nailiyyətləri ilə seçilən alim olmalıdır. Qadın alimin yüksək impakt faktorlu jurnallarda birgə nəşrlərinin və/və ya beynəlxalq patentlərlə dəstəklənən işlənib hazırlanmış texnologiyalarının, yuxarıda qeyd olunan regionların birində (Asiya və Sakit Okean) yerləşən çoxtərəfli təşkilatların fəaliyyəti çərçivəsində tədqiqat fəaliyyətinin olması da nəzərə alınacaqdır.

Yaş həddi

40 yaşa qədər (bu bildirişin çap edildiyi müddətdə)

Qiymətləndirmə meyarları və seçim üsulu

Namizədlər aşağıdakı meyarlar əsasında qiymətləndiriləcəkdir:

- Namizədin işinin və tədqiqatının elmi təsiri

- Namizədin işinin İtaliyanın yuxarıda qeyd olunan regionlardan biri (namizədin ölkəsi) ilə ikitərəfli elm və texnologiya üzrə əməkdaşlığına uyğunluğu

- Əhəmiyyətli, uzunmüddətli əməkdaşlıq üçün potensial

- İkitərəfli tədqiqat qruplarının yaradılmasını dəstəkləmək üçün gənc tədqiqatçıların mobilliyinin (gələn/gedən) təşviqi

- Namizədin yaradıcı/innovativ əməkdaşlıq modellərinə töhfəsi

- Namizədin İtaliyanın elmi ictimaiyyəti ilə əlaqələr yaratmaq/təkmilləşdirmək qabiliyyəti

Mükafat Komitəsi İtaliya XİBƏN-in Mədəni və İqtisadi Təşviqat və İnnovasiyalar üzrə Baş Direktorluğunun IX Ofisinin rəhbərliyinin sədrliyi ilə İtaliyanın əsas tədqiqat və akademik qurumlarının prezidentləri və/və ya nümayəndələrindən təşkil olunacaqdır.

Müraciət qaydası

Namizədi təqdim etmək istəyən hər hansı bir alim və qurum əlavə edilmiş ərizə formasını tələb edilən qaydada doldurulmuş şəkildə culturale.baku@esteri.it email ünvanına təqdim edə bilər.

 

Müraciət üçün son tarix 21 sentyabr 2022-ci ildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2022