18.10.2022 17:16
“Azərbaycanda tədqiqat mədəniyyətinin yüksəldilməsi” üzrə kurs elan edilir

ADA Universiteti tərəfindən ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyələşdirdiyi “Azərbaycanda tədqiqat mədəniyyətinin yüksəldilməsi” üzrə 2 kurs (Kurs 1 və Kurs 2) elan edilir.

Kurslar akademik tədqiqat sahəsində beynəlxalq rəqabətqabiliyyətinin artırılması, yerli elmi ictimaiyyətin Azərbaycanda və dünyada tanınması üçün ingilis dili imkanlarının təkmilləşdirilməsi məqsədi daşıyır.

İctimai və humanitar elmlər sahəsi üzrə doktorantlar, postdoktorantlar, tədqiqatçılar müsabiqədə iştirak edə bilərlər.

Müraciət etmək istəyənlər 10.11.2022-ci il tarixinədək ərizə formalarını doldurmalıdırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2023