06.02.2023 13:25
“Horizon Avropa” Proqramı üzrə Məlumat Günü keçiriləcək

Avropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əməkdaşlığı çərçivəsində Avropa Komissiyası (AK) və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən AK-nın “Horizon Avropa” Proqramı üzrə Məlumat Gününün keçirilməsi nəzərdə tutulub. Tədbirin proqramına AK-nın ekspertləri tərəfindən “Horizon Avropa” Proqramının imkanları, Mariya Sklodovska-Küri Fəaliyyəti, Avropa Tədqiqat Mərkəzi, İqlim və enerji klasteri və tibb istiqaməti üzrə təqdimatlar daxil edilib.

Tədbir 6 fevral 2023-cü il tarixində saat 10:00-14:00-da onlayn formatda keçiriləcək və Azərbaycanın bütün təşkilatlarının alim və mütəxəssisləri iştirak edə bilər.

İştirak etmək istəyənlər buradan qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçənlərə onlayn tədbirin linki və proqramı göndəriləcəkdir. 

Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinə müraciət edilə bilər.

Tel.: (+994 12) 492 34 46; 

Email: hh.esmal@hotmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2023