22.01.2019 17:27
HORİZON 2020 üzrə seminar

22 yanvar 2019-cu il tarixində saat 11.00-da  AMEA-nın Əsas Binasının kiçik zalında (H.Cavid pr. 115, II mərtəbə) HORİZON 2020 proqramı üzrə Seminar keçiriləcək.

Seminarda 1) Hüquqi və Maliyyə Aspektləri, 2) Ağıllı, yaşıl və inteqrasiya olunmuş nəqliyyat, 3) Nanotexnologiyalar, qabaqcıl materiallar və qabaqcıl istehsal və proseslər, 4) Kosmos, 5) Avropa Tədqiqat Şurası, 6) Mari Skladovskaya Küri Təqaüd Proqramı üzrə Milli Əlaqələndirici Şəxslərin (NCP) təqdimatı (Proqram) nəzərdə tutulur.

Tədbirə Fizika, Riyaziyyat və Texnika Elmləri bölməsi və Kimya Elmləri bölməsinə aid olan elmi müəssisələrin alim və mütəxəssisləri dəvət olunur.

 

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019