ANA SƏHİFƏ → Əməkdaşlıq sənədləri
Azərbaycan Milli Elmlər Akademiyası və İsrail Təbiət və Humanitar Elmlər Akademiyası arasında Elm və Texnologiya sahəsində Əməkdaşlıq haqqında Saziş

Saziş 23 fevral 2015-ci ildə İsrailin Tel-Əviv şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə və İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının prezidenti, professor Ruth Arnon tərəfindən imzalanmışdır.        

Sazişin məqsədi müştərək tədqiqat layihələrinin həyata keçirilməsi; alim və mütəxəssislərin mübadiləsi; razılaşdırılmış elmi fəaliyyət istiqamətlərində təcrübə artırılmasının təşviqi; elmi-tədqiqat institutları, universitetlər, kitabxanalar və arxivlərdə tədqiqat işlərinin həyata keçirilməsinə köməklik göstərilməsi; institutlararası sazışlərin imzalanmasıdır. Sazişə əlavə olunmuş Protokola əsasən müştərək layihələr çərçivəsində Tərəflər alim mübadiləsini həyata keçirir. Qarşılıqlı razılaşmaya uyğun olaraq göndərən Tərəf nəqliyyat xərclərini, qəbul edən Tərəf isə yaşayış və gündəlik xərcləri ödəyir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019