Saziş 27 oktyabr 2016-cı il tarixində Estoniyanın Tallin şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə və Estoniya Elmlər Akademiyasının prezidenti, akademik Tarmo Soomere tərəfindən imzalanmışdır.
Sazişin məqsədi müştərək layihələrin həyata keçirilməsi; hər iki təşkilatın alim və mütəxəssisləri tərəfindən qarşılıqlı maraq doğuran elmi istiqamətlər üzrə birgə tədqiqatlar və işgüzar səfərlərin təşkili; tədqiqat institutları və təşkilatları arasında birbaşa əməkdaşlıq üçün institusional müqavilələrin imzalanmasının təşviqi; müştərək seminar, simpozium və konfransların, elmi və texnoloji sərgilərin keçirilməsi; Avropa Birliyinin tədqiqat və innovasiya proqramları çərçivəsində (Horizon 2020 və s.) əməkdaşlıqdan ibarətdir.