ANA SƏHİFƏ → Əməkdaşlıq sənədləri
Azərbaycan Milli Elmlər Akademiyası və Moldova Elmlər Akademiyası arasında Elmi-Texniki Əməkdaşlıq haqqında Saziş

Saziş 6 iyun 2014-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə və Moldova Elmlər Akademiyasının prezidenti, akademik Georgi Duka tərəfindən imzalanmışdır. Sazişin məqsədi Tərəflərin elmi-tədqiqat sahələri ilə bağlı əməkdaşlığın və tədqiqat layihələrinin inkişaf etdirilməsi; innovasiya infrastrukturunun inkişafı və texnologiyaların ötürülməsi üzrə müştərək fəaliyyətin həyata keçirilməsi; birgə seminar, simpozium və konfransların təşkil olunmasından ibarətdir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019