ANA SƏHİFƏ → Əməkdaşlıq sənədləri
Azərbaycan Milli Elmlər Akademiyası və Latviya Elmlər Akademiyası arasında Elmi Əməkdaşlıq haqqında Saziş

Saziş 22 may 2014-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə və Latviya Elmlər Akademiyasının prezidenti akademik Oyars Sparitis tərəfindən imzalanmışdır. Sazişin məqsədi müştərək tədqiqat proqramlarının hazırlanması; layihələr çərçivəsində birgə tədqiqatların həyata keçirilməsi; birgə elmi tədbir və sərgilərin təşkil edilməsidir. Sazişə əlavə olunmuş Protokola əsasən Tərəflər alim mübadiləsi həyata keçirir. Qarşılıqlı razılaşmaya uyğun olaraq göndərən Tərəf nəqliyyat xərclərini, qəbul edən Tərəf isə yaşayış və gündəlik xərcləri qarşılayır.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019