ANA SƏHİFƏ → Əməkdaşlıq sənədləri
Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Belarus Milli Elmlər Akademiyası ilə Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında Əməkdaşlıq haqqında Saziş

Sənəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Belarus Respublikasına səfəri çərçivəsində imzalanmışdır.  Saziş 28 noyabr 2015-ci il tarixində Minsk şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, аkademik A.Əlizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent E.Babayev, Belarus Milli Elmlər Akademiyası Rəyasət Heyətinin sədri, professor A.Rusetski, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu elmi şurasının sədri, akademik V.Orloviç tərəfindən imzalanmışdır.                                                       

Sazişin məqsədi:Tərəflər üçün maraq kəsb edən sahələrdə birgə elmi tədqiqatların dəstəklənməsi; elmi tədqiqat qrupları və tədqiqatçılar arasında əməkdaşlığın inkişaf etdirilməsi; Tərəflər arasında müvafiq olaraq elmi tədbirlərin, konfransların, seminarların təşkili; nəşrlər və elimi məlumatların mübadiləsi.

 

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019