ANA SƏHİFƏ → HORIZON EUROPE

Horizon 2020 – Avropa İttifaqının Tədqiqat və İnnovasiyanı maliyyələşdirən ən böyük  proqramıdır. Proqramın büdcəsi 7 il müddətinə (2014-2020) 80 milyard avro dəyərindədir. Proqram Avropanın dünyadakı rəqabət qabiliyyətini təmin edən maliyyə vasitəsi olmaq məqsədi daşıyır.

Tədqiqatı və innovasiyaları dəstəkləyən Horizon 2020 proqramı 3 istiqamətdə fəaliyyət göstərir: Qabaqcıl elm, Sənaye liderliyi, Sosial Çağırışlar.

Horizon 2020 Proqramı hamı üçün açıqdır. Proqram bürokratik prosedurlara sərf olunan vaxtın azaldılmasına imkan verən sadə bir quruluşa malik olduğundan iştirakçılara daha əhəmiyyətli məqamlara diqqət yetirmək imkanı verir. Bu cür yanaşma layihələrin daha tez başlamasına və  daha sürətli nəticələr əldə etməyə imkan verir.

Avropa İttifaqının Tədqiqat və İnnovasiya Proqramı həmçinin Avropa Tədqiqat Sahəsinin daha da inkişaf etdirilməsinə yönəlmiş tədbirləri nəzərdə tutur. Bu fəaliyyətin məqsədi maneələrin aradan qaldırılması  və vahid  məlumat, tədqiqat və innovasiya bazarının yaradılmasıdır.

MİLLİ ƏLAQƏLƏNDİRİCİ ŞƏXSLƏR TƏQDİMATLAR
HORIZON 202004.04.2023Horizon Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Aviasiya Akademiyasında məlumat günü keçirilib10.02.2023“Horizon Avropa” proqramı üzrə Milli Əlaqələndirici Şəxslər üçün təlim keçirilib08.02.2023“Horizon Avropa” Proqramı üzrə layihə təkliflərinin yazılmasına dair üçgünlük təlim keçirilib07.02.2023Alim və mütəxəssislər üçün “Horizon Avropa” proqramı üzrə məlumat günü keçirilib04.02.2023Alim və mütəxəssislər üçün “Horizon Avropa” Proqramı üzrə Məlumat Günü keçiriləcək
© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2023