ANA SƏHİFƏ → HORIZON 2020

Horizon 2020 – Avropa İttifaqının Tədqiqat və İnnovasiyanı maliyyələşdirən ən böyük  proqramıdır. Proqramın büdcəsi 7 il müddətinə (2014-2020) 80 milyard avro dəyərindədir. Proqram Avropanın dünyadakı rəqabət qabiliyyətini təmin edən maliyyə vasitəsi olmaq məqsədi daşıyır.

Tədqiqatı və innovasiyaları dəstəkləyən Horizon 2020 proqramı 3 istiqamətdə fəaliyyət göstərir: Qabaqcıl elm, Sənaye liderliyi, Sosial Çağırışlar.

Horizon 2020 Proqramı hamı üçün açıqdır. Proqram bürokratik prosedurlara sərf olunan vaxtın azaldılmasına imkan verən sadə bir quruluşa malik olduğundan iştirakçılara daha əhəmiyyətli məqamlara diqqət yetirmək imkanı verir. Bu cür yanaşma layihələrin daha tez başlamasına və  daha sürətli nəticələr əldə etməyə imkan verir.

Avropa İttifaqının Tədqiqat və İnnovasiya Proqramı həmçinin Avropa Tədqiqat Sahəsinin daha da inkişaf etdirilməsinə yönəlmiş tədbirləri nəzərdə tutur. Bu fəaliyyətin məqsədi maneələrin aradan qaldırılması  və vahid  məlumat, tədqiqat və innovasiya bazarının yaradılmasıdır.

MİLLİ ƏLAQƏLƏNDİRİCİ ŞƏXSLƏR TƏQDİMATLAR
HORIZON 202026.12.2019Bakı Dövlət Universitetində HORİZON 2020 Proqramı üzrə Məlumat günü keçirilib20.12.2019Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində növbəti Məlumat Günü keçirilib20.12.2019Azərbaycanlı alimlər Tədqiqat və İnnovasiya üzrə Şərq Tərəfdaşlığı Panelinin 7-cı iclasında iştirak ediblər16.12.2019BMU-da “Horizon 2020” proqramı üzrə məlumat günü12.12.2019Ali təhsil müəssisələrində Tədqiqat və İnnovasiya Horizon 2020 Proqramı üzrə Məlumat Günü təşkil olunub
© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020