ANA SƏHİFƏXƏBƏRLƏR
24.06.2021 10:52
Akademik İsa Həbibbəyli Türkmənistanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunan tədbirdə iştirak edib

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü, Türkmənistan Elmlər Akademiyası və Türkmənistan Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Elm, texnika və innovativ texnologiyaların inkişafı” mövzusunda onlayn beynəlxalq konfransda iştirak edib.

Türkmənistanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunan tədbirdə akademik İ.Həbibbəyli “Azərbaycan-Türkmənistan əlaqələri: tarixi ənənələr və müasir dövr” mövzusunda məruzə ilə çıxış edib.

Qeyd edək ki, sözügedən konfransa Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, İran, Yaponiya, Çin, Cənubi Koreya, Almaniya, Niderland və Polşadan akademiyaların, elmi qurumların, innovasiya mərkəzlərinin rəhbərləri qatılıb.

Tədbir çərçivəsində nanotexnologiya, kimya texnologiyası, yeni materiallar, biotexnologiya, molekulyar biologiya, ekologiya, kənd təsərrüfatı, kompüter texnologiyaları, müasir tibb texnologiyaları, innovativ iqtisadiyyat və humanitar elmlərə həsr edilmiş seksiyalar keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2021