ANA SƏHİFƏXƏBƏRLƏR
02.08.2021 11:37
Gənc tədqiqatçı AMEA və Montpellier Universiteti əməkdaşlığı üzrə doktoranturanın müsahibə mərhələsindən keçib

Azərbaycanlı gənc tədqiqatçı A.Mürşüdzadə AMEA və Fransanın Montpellier Universiteti əməkdaşlığı altında 2021-2022-ci il doktorantura proqramının “Malyariya parazitində kodlaşdırılmayan RNT-lərin rolu” mövzusuna müraciət edib və müsahibədən keçib.

A.Mürşüdzadə doktorantura təhsilinin iki ilini Montpellier universitetində, bir ilini isə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda oxuyaraq ikili diplomla məzun olmağa layiq görülüb.

Qeyd edək ki, 2020/2021-ci tədris ilində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistraturasını müvəffəqiyyətlə bitirən Aytac Mürşüdzadə ən yüksək göstərici - 97 balla məzun olub.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2021