ANA SƏHİFƏXƏBƏRLƏR
27.05.2022 14:38
TÜBİTAK-ın vitse-prezidenti Əhməd Yozgatlıgil Fizika İnstitutunda olub

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) vitse-prezidenti, şuranın nəzdindəki Marmara Araşdırma Mərkəzinin direktoru, prof. Dr. Əhməd Yozgatlıgil və direktorun köməkçisi, Dr. Osman Okur AMEA-nın Fizika İnstitutunda olublar.

AMEA-nın prezidenti v.i.e., institutun baş direktoru, akademik Arif Həşimovla görüşün keçirilməsində əsas məqsəd iki ölkə arasında elmi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaq olub.

A.Həşimov Fizika İnstitutunun fəaliyyəti və elmi nəticələri haqqında qonaqlara məlumat verib, burada aparılan tədqiqatlardan bəhs edib.

Qeyd edək ki, görüşdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov, Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov, Fizika İnstitutunun icraçı direktoru, professor Hüseyn İbrahimov və başqaları iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2022