ANA SƏHİFƏXƏBƏRLƏR
03.04.2018 17:11
AMEA-da DAAD proqramına dair təqdimat keçirilib

AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) proqramına dair təqdimat keçirilib.

Tədbirdə DAAD-ın Bakı Məlumat Mərkəzinin nümayəndisi Hikmət Kamallı çıxış edib. Təqdimatçı bildirib ki, DAAD dünyada tələbə və alimlərin beynəlxalq mübadiləsini dəstəkləyən ən böyük təşkilatlardandır. DAAD-ın bakalavriant, magistrant, doktorant və təcrübəli tədqiqatçılar üçün Almaniyanın ali təhsil müəssisələrində təqaüd və qrant proqramları çərçivəsində təhsil almaq, intensiv dil kursları keçmək və tədqiqatların aparılması üçün təklif olunan imkanları haqqında geniş məlumat verilib.

 

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020