ANA SƏHİFƏXƏBƏRLƏR
22.06.2022 10:24
Akademik Arif Həşimov Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyində olub

AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Özbəkistan səfəri çərçivəsində bu ölkənin İnnovativ İnkişaf Nazirliyində olub.

Akademik Arif Həşimov Özbəkistan Respublikasının İnnovativ inkişaf naziri İbroxim Abduraxmonovla görüşüb, bir sıra müzakirələr aparılıb.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Sənədi AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov və Özbəkistanın İnnovativ inkişaf naziri İbroxim Abduraxmonov imzalayıblar.

Memorandumda iki dövlətin iqtisadi və sosial inkişafı üçün qarşılıqlı maraq doğuran və əhəmiyyət kəsb edən elmi məsələlər üzrə birgə tədqiqatların və innovativ layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

 

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2023