ANA SƏHİFƏXƏBƏRLƏR
17.06.2022 10:57
Alman Akademik Mübadilə Xidmətinin Tbilisi Regional Ofisinin açılışı olub

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi Regional Ofisinin açılış mərasimi hibrid formatda keçirilib.

Açılış mərasimində DAAD-ın baş katibi, Dr. Kai Sicks, Almaniya Federativ Respublikasının Gürcüstandakı səfiri Hubert Knirsch, Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul və digər müvafiq qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə Köln Universitetinin Avropa İnsan Haqlarının Müdafiəsi Akademiyasının direktoru, professor Angelika Nussberger, DAAD imkanlarından istifadə etmiş Qafqaz ölkələrindən olan məzunlar və digər mütəxəsisslər müzakirələrdə iştirak ediblər. DAAD proqramları və onların əhəmiyyəti diqqətə çatdırılıb, Qafqaz ölkələri ilə əlaqələrin genişləndirilməsində, bu ölkələrin tarixi və mədəniyyətinin öyrənilməsində Tbilisi Regional Ofisinin rolu müzakirə edilib.

Tədbirə AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, dosent Rüstəm Rüstəmov, Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva və şöbənin baş mütəxəssisi, yer elmləri üzrə fəlsəfə doktoru Aytən Hüseynova onlayn formatda qatılıblar.

Qeyd edək ki, cari ilin may ayında AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və AMEA-nın Rəyasət Heyəti aparatının müvafiq qurumlarının əməkdaşları Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul və ofisin Azərbaycan üzrə koordinatoru ilə görüş keçirib, əməkdaşlıq imkanlarını müzakirə ediblər.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2023