ANA SƏHİFƏXƏBƏRLƏR
13.01.2023 09:45
“Horizon Avropa” Proqramı üzrə layihələrin hazırlanması üçün təlimlər keçiriləcək

Avropa Komissiyası (AK) Avropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əməkdaşlığına Dəstək, Azərbaycan tədqiqatçılarının, dövlət və özəl sektorlardan olan mütəxəssislərin “Horizon Avropa” Proqramında uğurlu iştirakının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə, AK-nın  ekspertlərinin iştirakı ilə layihələrin hazırlanması üzrə təlimlərin keçirilməsi, həmçinin fərdi məsləhətlərin təşkil edilməsi nəzərdə tutulub.

Layihələrin hazırlanması üzrə 3 günlük təlim “Horizon Avropa” Proqramının 2023-2024-cü illər üzrə nəzərdə tutulmuş çağırışlarına yüksək keyfiyyətli və rəqabətədavamlı layihə təkliflərinin hazırlanması üçün Azərbaycandan olan tədqiqatçılar və innovatorlara köməklik göstərilməsinə yönəldilib. Ekspert məsləhətlərinin təşkilinin məqsədi isə konkret layihə təkliflərinə fərdi dəstəyin göstərilməsidir.

Təlimlər 6-10 fevral 2023-cü il tarixlərində Bakıda keçiriləcəkdir.

Təlimlərdə iştirak etmək istəyənlər buradan qeydiyyatdan keçməlidirlər.

Müraciət üçün son tarix: 24.01.2023 

Əlavə məlumat üçün AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinə müraciət edilə bilər.

Tel.: (+994 12) 492 34 46;

Email : hh.esmal@hotmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2023