ANA SƏHİFƏXƏBƏRLƏR
01.05.2023 09:16
AMEA-nın Ümumi yığıncağının Xüsusi iclasının iştirakçıları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 1-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağının “Görkəmli dövlət xadimi Heydər Əliyev: lider, zaman və müasirlik” mövzusunda Xüsusi iclasının iştirakçıları Fəxri Xiyabanda müasir Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Azərbaycanın və dünya elmi ictimaiyyətin nümayəndələri Ulu Öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub, məzarları üstünə gül dəstələri düzülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2023