ANA SƏHİFƏXƏBƏRLƏR
05.06.2016 09:26
Elşən Abdullayev Türkiyə Respublikasında və Böyük Britaniyada elmi ezamiyyətdə olmuşdur

Azərbaycan Milli Elmlər Akademiyası akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi təbiət elmləri üzrə doktor Elşən Abdullayev 05.06.2016-03.06.2017-ci il müddətində Muğla Sıtkı Koçman Universitninvə Orta Doğu Texniki Universitetinin Geologiya Mühəndisliyi fakültəsində  “Pliosen ve Pleistosen dövründə gil mineralları əsasında Qara dəniz və Xəzər dənizində paleo iqlim və geoloji təkamül” mövzusunda elmi tədqiqat məqsədilə elmi ezamiyyətdə olmuşdur. Bu müddətərzində o , həmçinin, “Cənubi Xəzərin qərb hisəsində Pliosen və Pleistosen çöküntülərinin gilləri”mövzusunda müzakirələrə qoşulmaq üçün Böyük Britaniyanın Durham Universitinə səfər etmişdir. Tədqiqat işi Muğla Sıtkı Koçman Universitetinin professoru Ceren Küçükuysalın, Orta Doğu Texniki Universitetinin professoru Asuman Türkmenoğlunun və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstutunun “Paleo coğrafiya” şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Yelena Tağıyevanın rəhbərliyi altında həyata keçirilmişdir.

Tədqiqat işi Türkiyə Elmi və Texnoloji Araşdırma Şurası  (TÜBİTAK), Azərbaycan Neftçi Geologları Cəmiyyəti, AMEA  Coğrafiya İnstitutu, Muğla Sıtkı Universiteti tərəfindən,  İngiltərənin Durham Universitetinə səfər isə Nyuton fondu tərəfindən maliyyələşdirilmişdir.

Tədqiqatın məqsədi və nəticələri: Elmi-tədqiqat işinin məqsədi Plio-Pleistocene cöküntülərinin gillərini araşdırmaq, X-ray diffraktometr (XRD)  metodu vasitəsiilə əsas gil qrupu minerallarının miqdarını,  Scanning Electron Microskopy (SEM) ilə gil minerallarının morfologiyasını və X-ray fluorescence (XRF) köməkliyi ilə çöküntülərin kimyəvi tərkibini təyin etməkdən ibarət idi.

Əlavə olaraq, paleo şəraiti daha yaxşı öyrənmək məqsədiilə AMEA Coğrafiya İnstitunda palinoloji və mikropaleontoloji analizlərinin göstəricilərindən istifadə edilmişdir. Təqiqat işi Xəzər dənizi ərazisində yayilmış Plio-Pleistocene  gil minaralları çöküntülərininəsasındaaparılmışdir.

Qarşıya qoyulan problem Plio-Pleistocendövründə, Qara dənizin və Xəzər dənizinin birləşməsi mərhələsində keçmişdə iqlim və dəniz səviyyəsinin dəyişməsi, Plio-Pleistosen dövründə baş vermiş tranqresiyaların duzluluqla əlaqəsi, tektonik və ya iqlim dəyişməsində əsas səbəbin araşdırılması olmuşdur.

Gil mineralları, qeyri-gil mineral kompleksləri və əsas oksid analizləri bizə təkcə  Plio-Pleistocene dövründə Qara dəniz və Xəzər dənizinin iqlimi haqqında deyil, eyni zamanda neft geologiyası üçün önəmli məlumatları özündə daşıyan tranqresiya və reqresiyalar haqqında önəmli məlumatlar verir. Tədqiqat işinin yerinə yetirilməsi üçün Xəzər dənizi ərazisindəki Plio-Pleistocene çıxışlarının çöküntülərindən 100 ədəd süxur nümunəsi götürülmüşdür.

Tədqiqat nəticələrinin tətbiq imkanları və əhəmiyyəti: Gil və qeyri-gil mineralarının əsasında aparılmış tədqiqatların  nəticələri göstərir ki, Rus Platformasında müxtəlif zamanlarda dəyişkən iqlim olmuşdur. Ümumi gillərdə kalsitinin yüksək göstəricisi Rus Platformasinda arid iqlimin hakim olması ilə əlaqədar Xəzər dənizində su səviyyəsinin aşağı olmasını göstərir.

Ağcagildə (Son Pliosen) ümumi gil minerallarının maksimum həddə çatması və aşağı plagioklasın, kalsit və halitin olması Rus platformasında maksimum humid iqlimin və Xəzər dəniz səviyyəsinin  yüksək olmasını, eyni zamanda yüksək halitin olması Amu-Dərya çay sisteminin təsirini göstərir. Son Ağcagildə ümumi gilin yüksək olması və aşağı miqdarda plagioklazın olması Rus platformasında humid  iqlimin əsas ğüstəricisi kimi görünür.  Kimyəvi indekslərdəki dəyişikliklər Ağcagil və Abşeron mərhələsində Rus Platformasında humid və arıd iqlimin  dəyişkənliyinin baş verdiyini göstərir.

Xəzər hövzəsində Ağcagil və Abşeron yaşlı çöküntülərində ostrokod və foraminifer qalıqları vasitəsi ilə dəniz səviyyəsinin və duzluluğunun dəyişməsini göstərir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019