ANA SƏHİFƏXƏBƏRLƏR
01.10.2016 09:26
Kənan Abbasov UNESKO-nun Mühəndislik üzrə Təlim Proqramında iştirak etmişdir

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun dissertantı Kənan Abbasov  2016-cı ilin oktyabr ayından  2017-ci ilin aprel ayına qədər UNESCO və Polşa tərəfindən birgə  maliyyələşdirilən AGH Universitetinin Geologiya,Geofizika və Ətraf Mühit Müdafiəsi Fakultəsinin Mühəndislik üzrə Təlim Proqramında iştirak etmişdir.

Təlim Mühəndislik üzrə UNESCO/Polşa müştərək təqaüd proqramının dəstəyi ilə təşkil olunmuşdur. Tədqiqat işi AGH Universitetinin Geologiya, Geofizika və Ətraf Mühitin Mühafizəsi fakültəsinin professoru Jadviga Pieczonka və professor Adam Piestrzinskinin rəhbərliyi altında həyata keçirilmişdir.

Tədqiqatın məqsədi və nəticələri: Tədqiqatın əsas məqsədi Gədəbəy(Azərbaycan) filiz rayonundan olan mineralların kimyəvi, fiziki və struktur xüsusiyyətlərinin öyrənilməsi olmuşdur. Alınan nəticələr əsasında Gədəbəy mis-qızıl və mis-polimetal yatağının ehtiyatının artırılması təklif olunmuşdur.Onun layihəsiAGH Universitetinin Geologiya, Geofizika və Ətraf Mühitin Mühafizəsi fakültəsinin laboratoriyasında həyata keçirilmişdir.

Layihənin sonunda  filiz minerallarının öyrənilməsində bir sıra mühüm biliklər əldə edilmişdir. Bu zaman  filiz minerallarının mikroskop altında təyini, onların spesifik və genetik əhəmiyyətli xüsusiyyətlərinin fərqlənidirilməsi dərindən mənimsənilmişdir.Nəticə olaraq, gənc tədqiqatçı ilk dəfə olaraq Gədəbəy filiz rayonunda vacib genetik əhəmiyyəti olan millerit (NiS) mineralını tapmışdır.

Tədqiqat nəticələrinin tətbiq imkanları və əhəmiyyəti: Təqiqat müddətində, həmçinin, EDS-də (Enerji Dispersiv Spektometr) ölçülərin aparılması mənimsənilmışdir.Belə ki, şpinellərin, Fe-Ti oksidi minerallarının, kolçedan filizi minerallarının(pirit, xalkopirit, pirrotin və s.), polimetalların (qalenit, sfalerit) xüsusiyyətləri haqqındakı biliklər mövcud filiz faydalı qazıntı yataqlarının ehtiyatlarının artırılmasında və həmçinin yeni yataqların tapılmasında istifadə edilə bilər.

Respublikamızın əsas strategiyalarından birinin qeyri-neft sektorunun inkişaf etdirilməsi və ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması olduğundan sözügedən elmi-tədqiqat işi mühüm iqtisadi əhəmiyyət kəsb edir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019