ANA SƏHİFƏXƏBƏRLƏR
08.08.2016 17:03
Xaqani Eynullazadə ABŞ-ın Nebraska Universiteti Tibb Mərkəzində elmi ezamiyyətdə olmuşdur

 

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun elmi işçisi Xaqani Eynullazadə 08.2016-11.2016-cı il  tarixlərində “DNT polimerazanin katalitik aktivliyinin öyrənilməsi və CRİSPR-Cas9 genom redaktəetmə metodu ilə eukariot hüceyrələrdə mutasiyaya uğramış genlərin normal genlə əvəz olunması” mövzusunda elmi-tədqiqat məqsədilə ABŞ-ın Nebraska Universiteti Tibb Mərkəzində elmi ezamiyyətdə olmuşdur.

Tədqiqat ABŞ-ın Nebraska Universitetinin professoru Yuri Pavlovun rəhbərliyi altında həyata keçirilmiş və AMEA Genetik Ehtiyatlar İnstitutu və ABŞ-ın Nebraska Universiteti tərəfindən maliyyələşdirilmişdir.

Tədqiqatın məqsədi və nəticələri: DNT polimeraza fermentini kodlayan Pol ά genində məqsədli şəkildə mutasiyalar törədərək, bu mutasiyaların adı keçən fermentin katalik aktivliyinə nə kimi təsirləri olduğunu öyrənmək tədqiqatın əsas məqsədi olmuşdur.

DNT polimeraza hüceyrə daxilində DNT-nin ikiləşməsini həyata keçirən əsas fermentdir. Hüceyrə bölünməsi zamanı genetik materialın növbəti nəsillərə ötürülməsi üçün DNT zəncirinin çoxaldılmasında iştirak edir. Bu molekulun fəaliyyətində yaranan hər hansı bir qüsur genetik kodun olduğu kimi kopyalanmasına mane ola və yeni yaranan DNT zəncirində mutasiyalara səbəb ola bilər. Bu mutasiyalarda öz növbəsində, bir sıra genetik xəstəliklərin xüsusilə xərçəng xəstəlyinin yaranmasına gətirib çıxara bilər. Ona görə də DNT polimerazanın katalitik fəaliyyətini öyrənmək və hansı amin turşu qalıqlarının zülalın qüsursuz fəaliyyəti üçün vacib olduğunu müəyyənləşdirmək ciddi elmi əhəmiyyətə malikdir.

Tədqiqat nəticələrinin tətbiq imkanları və əhəmiyyəti: CRİSPR-Cas9 molekulyar genetikadakı ən müasir və inkişaf etmiş texnologiyalardan biridir. Bu texnologiya bakteriyaların onlara hücum edən viruslara qarşı istifadə etdiyi müdafiə mexanizminə əsaslanır. Bu texnologiyanın tətbiqi genlərdəki mutasiyanı düzəltməklə genetik cəhətdən xəstə organizmlər yaratmaqdan tutmuş, xüsusi genlər transfer etməklə yeni, arzuolunan xüsusiyyətlərə malik organizmlər əldə etməyə qədər çox geniş sahəni əhatə edir. Məsələn, bu texnologiya bitki biologiyasinda quraqliq şəraitdə kultivasiya edilməsi üçün quraqlığa davamlı bitkilərin alınmasında tətbiq oluna bilər. Bu texnologiyanın ən əhəmiyyətli tərəfi isə mayalanmadan sonra insan embrionunda mövcud olan bütün genetik qüsurları aradan qaldırmaqla genetik cəhətdən tam sağlam fərdlər yetişdirməyə imkan verməsidir. Sözügedən texnologiya qan xəstəliklərinin, o cümlədən, Azərbaycan populyasiyasında geniş yayılmış xəstəlik olan Talassemiya xəstəliyinin müalicəsinə tətbiq edilmişdir. Yaxın gələcəkdə bu metod genetik pozulmaya məruz qalan xəstələri müalicə etməyə imkan verəcək

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019