ANA SƏHİFƏXƏBƏRLƏR
04.02.2019 13:58
“Clarivate Analytics (Thomson Reuters)” agentliyi maarifləndirici seminar keçirib

AMEA-nın Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə 04-15 fevral  2019-cu il tarixlərində Clarivate Analytics (Thomson Reuters) şirkətinin "Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyyələr" adlı seminarı keçirilmişdir. Seminar “Clarivate Analytics (Thomson Reuters)” şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina tərəfindən keçirilmişdir.      Rus dilində keçirilən seminar "Web of Science" Məlumat Platformasından istifadənin təkmilləşdirilməsi və bu platformaya daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulan tələblər, elmi məqalələrin təqdim edilmə qaydaları, seçim meyarları və digər praktiki məsələləri əhatə etmişdir.

Seminarda “Öz elmi məqalən üçün ən yaxşı jurnalı necə seçməli və yırtıcı jurnallardan necə qaçmalı” ,“Web of Science” platformasının axtarış imkanları”, “Keyfiyyətli jurnalı yırtıcı jurnallardan necə ayırmalı?”, “Beynəlxalq jurnalların tələbləri və ona uyğun məqalə yazmaq”, “Məqalələrin dəqiq xülasəsinin hazırlanması” və “Köməkçi vasitələrdən istifadə (EndNote)”mövzusunda təqdimatlar edilmişdir.

Seminarda AMEA elmi müəssisələrinin alim və mütəxəssisləri, gənc alimlər iştirak etmişlər.

Platformada tədqiqatçı profilinin yaradılmasının önəminə toxunan İneş Kenjina bu cür profillərin peşəkar akademik cəmiyyətə inteqrasiya üçün önəmli vasitə olduğunu və istifadəçilər üçün bir çox imkanların yaradıldığını söyləyib.

Ekspert son illərdə dünyada alimləri aldatmaq və pullarını mənimsəmək məqsədilə "yırtıcı jurnallar"ın üzə çıxdığını vurğulayıb. Bildirib ki, bu tip nəşrlər göndərilən məqalələri tez bir zamanda dərc edir, məqaləyə dair resenziyanı qısa müddətdə verir və ödənişi dərhal tələb edirlər. Bundan əlavə, sözügedən nəşrlərin kollegiya heyəti haqqında heç bir məlumat alimlərlə təqdim olunmur. İneş Kenjina “Web of Science” platformasında nüfuzlu və impakt faktorlu jurnalların olduğunu deyib, alimləri bu məsələdə diqqətli olmağa çağırıb.

Sonda iştirakçıların sualları cavablandırılmışdır.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019