ANA SƏHİFƏXƏBƏRLƏR
03.04.2019 17:43
“Müasir Beynəlxalq Elmi Jurnal – Nəzəriyyə və Praktika” mövzusunda təlim proqramı

Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri tərəfindən dərc edilən elmi jurnalların keyfiyyətinin yüksəldilməsi və impakt faktor səviyyəsinə çatdırılması məqsədilə Clarivate Analytics tərəfindən “Müasir Beynəlxalq Elmi Jurnal – Nəzəriyyə və Praktika” mövzusunda təlim proqramı keçirilmişdir. Elmi jurnallara müasir tələblər, onların tərtibi və nəşri qaydaları, rəqabət qabiliyyətinin yüksəldilməsi, Web of Science bazasına daxil edilməsi üzrə mühazirələr Clarivate Analytics-in Təhsil Proqramları üzrə rəhbəri Valentin Boqorov və İstifadəçilərin təlimatlandırılması üzrə eksperti İrina Tixonkova tərəfindən təqdim edilmişdir.

Təlimdə AMEA-nın elmi müəssisələri tərəfindən dərc edilən bir sıra jurnalların məsul katibləri iştirak etmiş, mövcud vəziyyət və perspektivlər üzrə ətraflı müzakirələr aparılımışdır.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019