ANA SƏHİFƏXƏBƏRLƏR
29.04.2019 09:52
Avropa Komissiyasının Horizon 2020 Maria Sklodovskaya-Küri Təqaüd Programı üzrə Milli Əlaqələndirici Şəxslərin 10-cu görüşü

Avropa Komissiyasının Horizon 2020 Maria Sklodovskaya-Küri Təqaüd Programı üzrə Milli Əlaqələndirici Şəxslərin 10-cu görüşü Brussel şəhərində keçirilmişdir. Tədbirdə Azərbaycan tərəfindən Maria Sklodovskaya-Küri Təqaüd Programı üzrə Milli Əlaqələndirici Şəxslər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri Zaur Həsənov və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Yaşar Ömərov iştirak etmişdir.  

Tədbirdə 2018-ci il ərzində həyata keçirilən müxtəlif elmi layıhələrin hesabatı verilmiş, 2019-cu il üçün yeni layıhələrin perspektivləri müzakirə edilmişdir. Maria Sklodovskaya-Küri Təqaüd Programında zəif iştirak edən ölkələrə fəallığın artırılması istiqamətində tövsiyyələr verilmişdir.

Y.Ömərov və Z.Həsənov layihələrin dəyərləndirmə prossesi, layihələr üzrə hesabat vermə qaydaları, fərdi və qrup əməkdaşlığından ibarət layihələrdə iştirak qaydaları ilə tanış olmuşlar.

Zaur Həsənov Horizon 2020 proqramının mövcüd layihə koordinatorları üçün keçirilən təlimdə də iştirak etmişdir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019