ANA SƏHİFƏXƏBƏRLƏR
13.06.2019 02:24
“Web of Science” platformasına dair növbəti maarifləndirici seminar keçirilib

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə “Clarivate Analytics” agentliyinin “Web of Science” məlumat platformasından istifadənin təkmilləşdirilməsinə dair 11-14 iyun 2019-cu il tarixində növbəti maarifləndirici seminar keçirilib.

Seminarda AMEA-nın Humanitar və İctimai Elmlər Bölmələrinə aid institutlarının əməkdaşları iştirak ediblər.

Tədbiri “Clarivate Analytics” agentliyinin Rusiya bölməsinin elmi informasiya resursları üzrə eksperti Varvara Sosedova açaraq “Web of Science” elmi analitik bazası, platformanın imkanları, burada mövcud olan jurnallar, axtarış sorğusunun tərtib edilməsi, köməkçi vasitələrdən istifadə (EndNote), məqalələrin xülasəsinin hazırlanması barədə məlumat verib.

Bundan əlavə, platformada tədqiqatçı profilinin yaradılması, o cümlədən saxta elmi jurnallar və onların aşkarlanması məsələsinə toxunub.

Çıxışdan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, geniş müzakirələr aparılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019