ANA SƏHİFƏXƏBƏRLƏR
18.06.2019 09:32
Horizon 2020 Proqramının Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) növbəti görüşü keçirilmişdir

Avropa Komissiyasının Tədqiqat və İnnovasiya üzrə Horizon 2020 Proqramının Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) növbəti görüşü keçirilmişdir. Görüşdə Şərq Tərəfdaşlığının (ŞT) EaP Plus layihəsinin nəticələri, Azərbaycan alimlərinin Horizon 2020 Proqramında iştirak problemləri müzakirə olunmuşdur. AMEA Rəyasət Heyəti Aparati Beynəlxalq əlaqələr idarəsinin rəisi, b.ü.f.d. Esmira Əlirzayeva Avropa Komissiyasının çərçivə proqramının növbəti Horizon Avropa (Horizon Europe) mərhələsi, perspektivləri, ŞT ölkələri üçün nəzərdə tutulan yeniliklər haqqında məlumat vermişdir. MƏŞŞ üzvləri Azərbaycan alimlərinin Proqramda iştirak fəallığının artırılması, təşviqat işinin düzgün təşkili üzrə təkliflər irəli sürülmüş, fəaliyyət planı ətrafında müzakirə aparılmışdır. Görüşdə, həmçinin COST Action alətinin yeni çağırışlarından istifadə üçün konkret addımlar planlaşdırılmışdır.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019