ANA SƏHİFƏXƏBƏRLƏR
30.09.2019 11:50
Azərbaycanlı alimlər Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası Şurasının 32-ci iclasında iştirak ediblər

Tacikistan Respublikasının Düşənbə şəhərində Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının (BEAA) 32-ci iclası keçirilib. Tədbirdə BEAA–nın rəhbəri, akademik V.Qusakov və üzv ölkələrin elmlər akademiyalarının rəhbərləri BEAA-nın fəaliyyəti haqqında məlumat verib, 2019-2021-ci illər üçün iş planı və 2030-cu ilədək inkişaf bəyannaməsi müzakirə edilib. Monqolustan Elmlər Akademiyasının tam hüquqlu, Heilongjiang və Shandong əyalətlərinin məhdud hüquqlu üzv kimi BEAA-ya daxil olması kimi bir sıra vacib məsələlərə baxılıb.

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin MDB ölkələri ilə əlaqələr şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruslan Qasımov BEAA-nın təşkilati və texniki şurasının üzvlərinin iclasında iştirak edib və üzv ölkələrin elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq perspektivləri üzrə müzakirələr aparıb.

Tədbir çərçivəsində “Gənc alimlərin elm, innovasiyalar və texnologiyaların inkişafında rolu” mövzusunda keçirilən konfransda AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun gənc alimi Aytən Ağayeva həmkarlarına AMEA-nın elmi fəaliyyəti və son illər əldə edilmiş nailiyyətləri, gənc alim və mütəxəssislər şurası haqqında ətraflı məlumat verib

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019