ANA SƏHİFƏXƏBƏRLƏR
30.09.2019 13:26
Azərbaycan alimləri Helsinki şəhərində keçirilən İKT üzrə növbəti forumda iştirak ediblər

Finlandiyanın Helsinki şəhərində HORİZON 2020 Proqramının müsabiqələrinə layihə təklifi hazırlayanlar üçün İKT üzrə növbəti forum (ICT Proposers' Day 2019 Digital Excellence) keçirilib. Forum çərçivəsində keçirilən ikitərəfli görüşlərdə (Face-2-Face) HORİZON 2020 Proqramının Qanunvericilik və Maliyyə üzrə milli əlaqələndirici şəxsi, AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Xarici əlaqələr və İnnovasiya şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Tofiq Babayev Azərbaycan alimlərinin layihələrini təqdim edib. Layihələr müxtəlif şirkətlərin (Easy Global Market (Fransa), Pal Robotics SL (İspaniya), Turkish Petroleum Refineries Corp (Tupras) (Türkiyə), SDU (Danimarka), Forthnet (Yunanıstan), Symptoma GmbH (Avstriya), Neat Srl (İtaliya), Eight Bells LTD (Kipr), University of Maribor, Faculty of Electrical Engineering and Computer Science (Sloveniya), ARATOS.NET (Yunanıstan), Agence Ad'Occ (Fransa), Institute of Entrepreneurship Development (Yunanıstan), Options.Net (Yunanıstan), Edikanfo Progressive Foundation (Braziliya), Varşava Texnologiya Universitetı (Polşa), BYS Group İnformation Systems Consulting (Türkiyə), İNCOTEC (İspaniya), UIIP NAS (Belarusiya), Küveyt Türk Participation Bank (Küveyt və Türkiyə) nümayəndələri tərəfindən böyük marağa səbəb olub və birgə layihələrdə iştrak təklifləri edilib.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019