ANA SƏHİFƏXƏBƏRLƏR
17.10.2019 09:07
Azərbaycan alimləri beynəlxalq konfransda ölkəmizdəki seysmik monitorinq şəbəkəsinin fəaliyyətinə dair məruzə ediblər

Gürcüstanın Borjomi şəhərində “Qafqazda və Orta Asiyada seysmik şəbəkənin genişləndirilməsi – I mərhələ” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbir ABŞ-ın Enerji Departamentinin Milli Nüvə Təhlükəsizliyi İdarəsi və Ukrayna Elm-Texnologiya Mərkəzinin dəstəyi, Gürcüstanın İlya Dövlət Universitetinin Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzinin  təşkilatçılığı ilə baş tutub.

Konfransda  ölkəmizi AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim QuliyevRespublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və mərkəzin Zəlzələlərin tədqiqatı bürosunun rəis müavini Ruqiyyə Kərimova təmsil ediblər.

Azərbaycan alimləri ölkəmizdəki seysmik monitorinq şəbəkəsinin fəaliyyəti və alınmış nəticələrə dair məruzələrini təqdim ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019