ANA SƏHİFƏXƏBƏRLƏR
03.12.2019 14:11
Tədqiqat və innovasiya sahəsində yeni çərçivə proqramının müzakirəsinə, həmçinin Şərq Tərəfdaşlığının 10 illik yubileyinə həsr olunmuş konfrans keçirilb

Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində tədqiqat və innovasiya sahəsində yeni çərçivə proqramının müzakirəsinə, həmçinin Şərq Tərəfdaşlığının 10 illik yubileyinə həsr olunmuş illik konfrans keçirilb.

Konfransda Şərq Tərəfdaşlığı ölkələrinin müxtəlif dövlət və elmi təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransın açılış mərasimində Moldova Elmlər Akademiyasının prezidenti akademik Yan Tiqineanu, Təhsil, Mədəniyyət və Elm naziri Liliana Nikolayesku-Onofrey, Avropa Komissiyasının baş direktorunun müavini Signe Ratso, Moldovada Avropa Komissiyası nümayəndəliyinin rəhbəri Piter Miçalko, Səhiyyə, Əmək və Sosial Müdafiə naziri Aleksandr Volok çıxış ediblər.

Tədbirdə Azərbaycanı təmsil edən AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov “HORİZON 2020 Azərbaycan Astronomiyasına nə verə bilər? Mövcud Vəziyyət”, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin Nüvə təbabəti şöbəsinin rəhbəri Fuad Novruzov “Radiolokasion işarələrdən hədəf nanocisimlər kimi istifadə edərək onkoloji xəstəliklərin müalicə və diaqnostika strategiyasının işlənib hazırlanması” mövzusunda məruzələrlə ilə çıxış ediblər.

Tədbirdə, həmçinin AMEA Rəyasət Heyəti aparatının baş mütəxəssisi, Horizon 2020 Proqramının Nanotexnologiyalar, qabaqcıl materiallar, qabaqcıl istehsal və proseslər üzrə milli əlaqələndiricisi Aytən Hüseynova, Azərbaycan Milli Doping Əleyhinə Agentliyin strateji inkişaf meneceri Horizon 2020 Proqramının Avropa Tədqiqat Şurası üzrə milli əlaqələndiricisi İlham Hümbətov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparıcı mütəxəssisi Samir Həmidov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İdarəetmə Proseslərinin Avtomatlaşdırılması Elmi-Tədqiqat İnstitutunun direktoru Elçin Hüseyn iştirak ediblər.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019