ANA SƏHİFƏXƏBƏRLƏR
20.12.2019 09:54
Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində növbəti Məlumat Günü keçirilib

Avropa Komissiyasının Tədqiqat və İnnovasiya Horizon 2020 Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi (MƏŞŞ) tərəfindən növbəti Məlumat Günü Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilib.

ADPU-da keçirilən tədbirdə Universitetin rektoru professor Cəfər Cəfərov və Elmi işlər üzrə propektoru professor Asəf Zamanov iştirak edib. Professor A.Zamanov Horizon 2020 Proqramının əhəmiyyəti haqqında məlumat verib və həmkarlarını onun imkanlarından istifadə etməyə təşviq edib.

Tədbirlərdə Horizon 2020-nin Sənətkarlıq, təlim və karyeranın inkişafı üzrə Mari Skladovskaya Küri Təqaüd proqramı üzrə milli əlaqələndirici Zaur Həsənov, COST Action və Avropa Tədqiqat Şurası istiqaməti üzrə milli əlaqələndirici İlham Hümbətov, İqlim fəaliyyəti, resurs səmərəliliyi və xammal istiqaməti üzrə milli əlaqələndirici Rövşən Kərimov və Ərzaq təhlükəsizliyi, dayanıqlı kənd təsərrüfatı, meşəçilik, dəniz və daxili su hövzələri tədqiqatları, bioiqtisadiyyat və biotexnologiya istiqaməti üzrə milli əlaqələndirici Fərid Seyfullayev mövcud çağırışlar və onlara qoşulmaq imkanları, layihələrin hazırlanmasına olan tələblər, fərdi və qrantlar ilə əlaqəli ətraflı məlumat veriblər.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020