ANA SƏHİFƏXƏBƏRLƏR
20.12.2019 10:25
Azərbaycanlı alimlər Tədqiqat və İnnovasiya üzrə Şərq Tərəfdaşlığı Panelinin 7-cı iclasında iştirak ediblər

Belçikanın Brüssel şəhərində Tədqiqat və İnnovasiya üzrə Şərq Tərəfdaşlığı (ŞT)   panelinin 7-ci iclası keçirilib. Avropa Birliyinə üzv dövlətlərin və ŞT ölkələrinin müxtəlif dövlət, elm və təhsil nümayəndələrinin iştirak etdiyi tədbirdə Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrinin tədqiqat və innovasiya əlaqələri üzrə 2019-cü il konfransının nəticələri və 2020-ci ildən sonrakı əməkdaşlıq çərçivəsində tədbirlər planı, ŞT-da tədqiqat və innovasiyaların dəstəklənməsi, AB-nin  “EaP Plus” layihəsi çərçivəsində əldə edilmiş əsas nəticələr və əməkdaşlıq təklifləri, AB-nin 12 qonşu ölkəsində texnologiya transferı sahəsində vəziyyətin diaqnostikası və müqayisəli analizi, Proposal Writing Camp və Expert Consultation tədbirləri, Mariya-Skladovskaya Küri təqaüd programı, 2021-2027-ci illər Horizon Europe proqramı və ŞT ölkələrinin COST Action layıhələrində iştrakı və s. mövzularda məruzələr və təqdimatlar dinlənilib, tədqiqat və innovasiyalar üzrə prioritet sahələr, ŞT-nın 10 illik yubileyi, elmi mövzular və texnologiyaların transferi üzrə fəaliyyət istiqamətləri müzakirə edilib.

Tədbirdə ölkəmizi Belçika Kralığında Azərbaycan səfirliyinin nümayəndəsi Emin Səfərov, Horizon 2020 üzrə Azərbaycan Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) üzvləri Hüquq və Maliyyə Aspektləri üzrə milli əlaqələndirici, AMEA İdarəetmə Sistemləri İnstitunun Xarici Ələqalər və İnnovasiya şöbəsinin müdiri Tofiq Babayev, Avropa Tədqiqat Şurası və COST Action istiqamətləri üzrə milli əlaqələndirici, Azərbaycan Milli Antidopping Təşkilatının Strateji inkişaf meneceri İlham Hümbətov, Ərzaq Təhlükəsizliyi, davamlı kənd təssərufatı, dəniz və dəniz tədqiqatları, bioekonomika və biotexnologiya üzrə milli əlaqələndirici, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov təmsil ediblər.

Azərbaycan nümayəndələri tədbir çərçivəsində keçirilən ümumi və fərdi müzakirələrdə fəal iştirak edib. İ.Hümbətov ŞT ölkələrinin COST layihələrində iştrakı mövzusuna həsr edilmiş sessiyada təqdimatla çıxış edib. T.Babayev Proposal Writing Camp nümayəndəsi Matthias Vurchla, həmçinin Belarus və Gürcüstan nümayəndələri ilə fərdi görüşlər keçirib, əməkdaşlığın gələcək imkanlarını müzakirə edib.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020