ANA SƏHİFƏXƏBƏRLƏR
26.12.2019 08:28
Bakı Dövlət Universitetində HORİZON 2020 Proqramı üzrə Məlumat günü keçirilib

Avropa Komissiyasının Tədqiqat və İnnovasiya Horizon 2020 Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi (MƏŞŞ) tərəfindən növbəti Məlumat Günü Bakı Dövlət Universitetində (BDU) keçirilib.

Tədbiri BDU-nin elm və innovasiyalar üzrə prorektoru professor Aydın Kazımzadə açaraq Horizon 2020 proqramının əhəmiyyətini və Universitetin güclü elmi potensialı haqqında söz açıb.

            Tədbirdə AMEA Rəyasət Heyəti aparatı Beynəlxalq əlaqələr idarəsinin rəisi Esmira Əlirzayeva, Hüquq və maliyyə istiqaməti üzrə milli əlaqələndirici Tofiq Babayev, COST Action və Avropa Tədqiqat Şurası istiqaməti üzrə milli əlaqələndirici İlham Hümbətov,Sənətkarlıq, təlim və karyeranın inkişafı üzrə Mari Skladovskaya Küri Təqaüd proqramı üzrə milli əlaqələndiricilər Yaşar Ömərov və Zaur Həsənov, İqlim fəaliyyəti, resurs səmərəliliyi və xammal istiqaməti üzrə milli əlaqələndirici Rövşən Kərimov, Səhiyyə, demoqrafik dəyişiklik və rifah istiqaməti üzrə milli əlaqələndirici Rəhimə Qabulova iştirakçılara mövcud çağırışlar və onlara qoşulmaq imkanları, layihələrin təqdim olunma qaydaları barədə ətraflı məlumat veriblər.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020