01.06.2020 12:22
İslam İnkişaf Bankı (İİB) Transformasiya Fondu vasitəsilə COVİD-19 ilə mübarizədə qabaqcıl ideyaları dəstəkləyən çağırış elan edir

01.04.2020-ci il tarixindən etibarən elan edilən “İnnovasiya çağırışı” üzv ölkələrin COVID-19 pandemiyasına hazırlığının gücləndirilməsini və pandemiya ilə mübarizəsini dəstəkləyir. Bu çağırış vasitəsilə İİB COVİD-19 pandemiyasının qarşısını almağa, sosial-iqtisadi təsirini minimuma endirməyə və üzv ölkələrin pandemiyalarla mübarizədə dayanıqlılığını inkişaf etdirməyə kömək edəcək ideyalara dəstəkləyir.
Fond xüsusi olaraq COVID-19 ilə mübarizədə BMT-nin aşağıdakı 6 Davamlı İnkişaf Hədəfi ilə bağlı müraciətləri qəbul edir:
• SDG2: sıfır aclıq
• SDG3: sağlamlıq və rifah
• SDG4: keyfiyyətli təhsil
• SDG6: təmiz su və sanitariya
• SDG7: əlverişli və təmiz enerji
• SDG9: sənaye, innovasiya və infrastruktur
Müraciət üçün son tarix: 01.06.2020-ci il
Ətraflı məlumatı https://www.isdb-engage.org/…/call-for-innovation-via-trans… internet səhifəsindən əldə etmək olar.

© Институт Информационных Технологий НАНА, 2020