Главная страницаНОВОСТИ
03.07.2019 16:18
Horizon 2020 proqramının “İnnovativ müəssisə həftəsi” çərçivəsində “Kiçik və orta müəssisə” və “Maliyyə Aspektləri” üzrə Milli Əlaqələndirici Şəxslər üçün təlim keçirilmişdir

Rumıniyanın Buxarest şəhərində Avropa Komissiyasının Horizon 2020 proqramının “İnnovativ müəssisə həftəsi” çərçivəsində “Access4SMEs” tərəfindən “Kiçik və orta müəssisə” və “Maliyyə Aspektləri” üzrə Milli Əlaqələndirici Şəxslər üçün “Avropa İnnovasiyalar Şurası nöqteyi-nəzərindən Milli Əlaqələndirici Şəxslər üçün əsas maliyyə göstəriciləri” mövzusunda (Access4SMEs training and Innovative Enterpise Week Bucharest 2019) təlim keçirilmişdir. Sözügedən təlimdə Azərbaycanı Horizon 2020 proqramının Maliyyə aspektləri istiqaməti üzrə milli əlaqələndiricisi,  AMEA İqtisadiyyat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, i.ü.f.d., dosent Rüfət Əfəndiyev təmsil etmişdir.

Təlim Avropa Komissiyasının Horizon Europe adlı növbəti tədqiqatlar və innovasiyalar Proqramı (2021-2027) çərçivəsində üç əsas mövzuya həsr edilmişdir:

  • Tədqiqatçı (Pathfinder);
  • Sürətləndirici (Accelerator);
  • Maliyyə alətləri (Financial Instruments).

Təlim zamanı ideya ilə investisiya layihəsi arasındakı uçurumun qətt edilməsi, sıçrayışlı innovasiyaların dəstəklənməsi və özəl investorlara çıxışın yaxşılaşdırılması haqqında debatlar keçirilmişdir.

Access4SMEs (2016-2019) layihəsi riskli maliyyələşmə və KOS-lara çıxış sahəsində milli əlaqələndirici şəxslərə istiqamətlənmiş, həmçinin qabaqcıl təcrübə mübadiləsi vasitəsilə transsərhəd maliyyə təminatına çıxış imkanlarını asanlaşdıran ekspertlər cəmiyyətinin yaradılmasına yardım edir.

“İnnovativ müəssisə həftəsi” çərçivəsində keçirilən müzakirələr zamanı proqnozlara görə Horizon Europe mərhələsinin Avropanın "sıçrayışlı novatorlarının" qəti şəkildə dəstəklənməsi üçün güclü vasitə olacağı qeyd edilirdi.

Keçirilən tədbirlərdə elmin texnologiya və innovasiyalarla birləşdirilməsi sahəsində Yeni Avropa proqramının əsas vəzifələri, eləcə də innovasiyalar üzrə Avropa Komissiyasının siyasi nüfuzunun yüksəldilməsinə imkan verən Horizon Europe proqramı çərçivəsində bu əməkdaşlığın gələcəyi ətrafında müzakirələr aparılmışdır.

© Институт Информационных Технологий НАНА, 2019