AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

1. AMEA-nın beynəlxalq əlaqələr üzrə konsepsiyasını hazırlayır və həyata keçirir;
2. Beynəlxalq elmi prioritetləri və AMEA-nın beynəlxalq elmi mühitə inteqrasiyasının genişləndirilməsi imkanlarını araşdırır; 
3. AMEA rəhbərliyinin müxtəlif ölkələrin dövlət rəsmiləri və diplomatik nümayəndəlikləri ilə əlaqələrini yaradır;
4. AMEA-nın elmi fəaliyyət istiqaməti və prioritetlərinə uyğun olaraq müxtəlif ölkələrin müvafiq elmi qurumlarını müəyyənləşdirir və onlarla əlaqələr yaradır;
5. AMEA-nın rəhbərliyini, Rəyasət Heyəti aparatının struktur bölmələrini, elmi müəssisə və təşkilatlarını beynəlxalq elmi yeniliklər və analitik məlumatlarla təmin edir;
6. Beynəlxalq əməkdaşlıq sahəsində AMEA Rəyasət Heyəti aparatının struktur bölmələrinin, AMEA-nın elmi müəssisə və təşkilatlarının fəaliyyətini koordinasiya edir; 
7. AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən innovativ elmi-tədqiqat layihə və proqramlarının həyata keçirilməsinə imkan yaradan beynəlxalq elmi qrant müsabiqələrini və proqramları müəyyənləşdirir və cəlb edir;
8. AMEA-nın, AMEA-nın elmi müəssisə və təşkilatlarının beynəlxalq elmi cəmiyyət və birliklərə üzvlüyünü təşkil edir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015